Bakıda mağazadan 14 minlik telefon oğurlandı

bakida-magazadan-14-minlik-telefon-ogurlandi
Oxunma sayı: 1631

Bakıda mağazadan qiyməti 14 min 432 manat olan mobil telefon oğurlanıb.  “Qafqazinfo” xəbər verir ki,  hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.