Bakıda mağazadan 200 minlik ərzaq oğurlanıb

bakida-magazadan-200-minlik-erzaq-ogurlanib
Oxunma sayı: 3735

Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb. 

Araşdırma nəticəsində onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.