Bakıda mağazadan 93 min manatlıq 35 telefon oğurladı

bakida-magazadan-93-min-manatliq-35-telefon-ogurladi
Oxunma sayı: 1904

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Araşdırmalar davam etdirilir.