Bakıda mağazadan üzük oğurlayan şəxs saxlanıldı - Foto

bakida-magazadan-uzuk-ogurlayan-sexs-saxlanildi
Oxunma sayı: 1832

Səbail rayonunda yerləşən Ticarət Mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbiri nəticəsindən qeyd edilən hadisəni törədən əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun Memar Əcəmi stansiyasının yaxınlığında satdığını bildirib.

Qeyd edək ki, Elvin Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.