“Bakıda mağazamız açılsın” - “Beşiktaş”ın prezidentindən təklif

bakida-magazamiz-acilsin
Oxunma sayı: 2534

“Beşiktaş” klubunun prezidenti Ahmet Nur CBC Sport kanalında yayımlananÇəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişinin qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, o, telefonla bağlanaraq maraqlı fikirlər bildirib.

Ahmet Nur Çəbi Bakıda “Beşiktaş”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb. O bildirib ki, azərbaycanlı iş adamları yardım etsə, hər iki işi reallaşdırmaq mümkündür.