Bakıda mağazaya basqın- - Satıcı yaralandı

bakida-magazaya-basqin-
Oxunma sayı: 2046


Onlar satıcı, 1989-cu il təvəllüdlü Elçin Xasıyevdən energetik içki istəyiblər. Satıcı əyilib içkini götürmək istədikdə həmin şəxslər onun başına şüşə butulka ilə zərbələr endiriblər. E.Xasıyev özündən gedəndən sonra naməlum şəxslər mağazanın kassasından 300 manatdan artıq pulu götürərək aradan çıxıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

“Qafqazinfo”