Aprelin 23-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Xətai rayonu ərazisindəki mağazaların birindən quldurluq yolu ilə pul aparılması barədə müraciət daxil olub.
"Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar darhal Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər