Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, dünən axşam saatlarında Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb.
İlkin araşdırmalar zamanı ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olması məlum olub. Belə ki, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
***
“Azərsu” ASC hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, həmin ərazidə ASC-yə aid heç bir quyu yoxdur:
“Həmin quyu fərdi şəxsə məxsusudur”.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər