Bakıda maraqlı hadisə- - Foto

bakida-maraqli-hadise-
Oxunma sayı: 1685


“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu, 4-cü mikrorayon,20 yanvar küçəsi, bina 19a, ünvanında vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum  olub  ki,  1958-ci il təvəllüdlü Məlikova Nazilə Meybalı qızı binanın blokunun giriş hissəsi məişət və tikinti materiallarının tullantıları ilə bağlandığından çıxmaq iqtidarında olmayıb və kömək üçün 112 Xidmətinə müraciət edib.

Xilasedicilər adıçəkilən ünvanda köməksiz vəziyyətdə qalmış zərərçəkmişi təhlükəsizlik qaydalarına riayət etməklə xilas ediblər. Əməliyyatın sonunda xilasedicilər Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşı, polis mayoru Rövşən Babayevin iştirakı ilə müvafiq akt tərtib edəiblər.