Bakıda marketə atəş açıldı

bakida-markete-ates-acildi
Oxunma sayı: 1285


“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.

RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulub. C.Cəbrayılzadədən “Umarex” markalı qaz tapançası götürülüb.

Araşdırmalar davam etdirilir.