Bakıda marşrut avtobusu qəzaya düşdü- - Yaralılar var

bakida-marsrut-avtobusu-qezaya-dusdu-
Oxunma sayı: 2027


“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

“Daewoo” markalı sərnişin avtobusu ilə “Vaz” markalı minik avtomobili toqquşub. Nəticədə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. 

Əməliyyat saat 06:13-də başa çatıb.

Murad Əhməd