Bakıda marşrutla KİA toqquşdu - 6 sərnişin yaralandı

bakida-marsrutla-kia-toqqusdu
Oxunma sayı: 1402

Bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

BNA-dan "Qafqazinfo"ya daxil olan məlumata görə, KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub.

104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun veriyi məlumata əsasən hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

***

Səhiyyə Nazirliyi də yaralalılarla bağlı açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.