"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Səkinə Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. S.Məmmədova zərərçəkənlərə 103 min manatı ödəməli olacaq.
Qeyd edək ki, 48 yaşlı Səkinə Məmmədova Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək ümumilikdə 103 min 650 manat dələduzluq edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər