Bakıda maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var

bakida-masin-4-piyadani-vurdu
Oxunma sayı: 7400

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, bir ortayaşlı oğlanı vurub.

Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmiş. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.