Bakıda maşın hərracı

bakida-masin-herraci
Oxunma sayı: 3879


“Qafqazinfo” xəbər verir ki, komitənin saytındakı məlumata görə, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.

Avtomobillərin arasında "Chevrolet Epica", "Mercedes Benz 300", "Nissan Maxima", "Hyundai H-1", "BMW 760" və "BMW 740" var. Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600 - 11 min manat arasında dəyişir. Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.

Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində behi əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir.