Bakıda maşın piyadanı vurub öldürdü

bakida-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2012

Bu gün səhər saat 05:00 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vuraraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.