Bakıda maşındakı yanğın binaya keçdi

bakida-masindaki-yangin-binaya-kecdi
Oxunma sayı: 1750

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.

Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.