Bakıda maşınlar toqquşdu, 1 nəfər öldü

bakida-masinlar-toqqusdu-1-nefer-oldu
Oxunma sayı: 1646

Bakının Qaradağ rayonunda avtomobillər toqquşub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən toqquşan “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı yük maşınıdır.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.