Bakıda maskalı şəxslər şirkətə basqın etdi

bakida-maskali-sexsler-sirkete-basqin-etdi
Oxunma sayı: 4952

Bakıda maskalı şəxslər şirkətə basqın edib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə 2 maskalı şəxsin girməsi barədə məlumat daxil olub. Onlar həyətdəki traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyiblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.