Bakıda quldurluq hadisəsi baş verib.
“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə-qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.
Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər