Bakıda mazut qalıqları yanıb - Yenilənib

bakida-mazut-qaliqlari-yanib
Oxunma sayı: 2144

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazut qalıqlarının yanması barədə məlumat daxil olub. 

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

**

Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində 600 m² sahədə mazut qalıqları və qamışlıq sahə yanıb.

"Qafqazinfo"nun məlumatına görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.