Bakıda məhkum tapança hazırladı

bakida-mehkum-tapanca-hazirladi
Oxunma sayı: 2435

Bakıda məhkum kustar üsulla tapança hazırlayıb.

“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə Müəssisəsində cəza çəkən 1989-cu il təvəllüdlü Ramil Məmmədov Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda basdırdığı, kustar üsulla hazırladığı tapançanı könüllü olaraq çıxararaq müəssisəyə təhvil verib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.