Bakıda məktəbdə yanğın olub

bakida-mektebde-yangin-olub
Oxunma sayı: 2812

Bakının Xətai rayonunda ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyalar 10 m² sahədə yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.