Bakıda məktəbdə zəhərlənmə - Ad günü tortu baha başa gəldi

bakida-mektebde-zeherlenme
Oxunma sayı: 2113

Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.