Bakıda məktəbdən oğurluq edildi

bakida-mektebden-ogurluq-edildi
Oxunma sayı: 1045

Nizami rayonunda yerləşən orta məktəblərin birindən oğurluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 25-də qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbdən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.