Bakıda məktəbə Arif Məlikovun adı verildi

bakida-mektebe-arif-melikovun-adi-verildi
Oxunma sayı: 1176

2019-cu ildə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.

Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə  Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilmişdir. Məktəb Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 92 ünvanında yerləşir.