Bakıda məktəbin tavanı çokdü - Foto

bakida-mektebin-tavani-cokdu
Oxunma sayı: 643

Ramana qəsəbəsi, 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, xoşbəxtlikdən tənəffüs vaxtı olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. 

Təhsil Nazirliyinin mətbuat xidməti Cəsarət Valehoğlu bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.
 
Qeyd edək ki, məktəb binası 1937-ci ildə inşa edilib, son illər ərzində əsaslı təmir edilməyib.