Bakıda məktəblərə süd paylanır - Foto

bakida-mekteblere-sud-paylanir
Oxunma sayı: 2143

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub. Həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb və həmin işçi qrup tərəfindən “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulub.

Şagirdlərə Azərbaycanda qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərədə tutulub.

Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanıb və doldurulması məqsədilə valideynlərə təqdim edilib. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılıb.