Hadisə saat 17.00 radələrində Babək prospekti - 94 ünvanında qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan 17 yaşlı oğlan hündür mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.
Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
***
Bakıda intihara cəhd edən oğlanın kimliyi məlum olub.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. İ. Əhmədov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Polisdən, həmçinin bildirilib ki, İ. Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.
Son xəbərlər
Son Xəbərlər