Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən daha bir şəxs tutulub. “Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.
Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında “facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.