Bakıda mənzil yandı

bakida-menzil-yandi
Oxunma sayı: 788

Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları, mətbəx əşyaları 5 kv.m sahədə, 1 otağında çarpayı və yataq dəsti 2 kv.m (ümumi 7 kv.m) sahədə yanmışdır.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.