Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapıldı

bakida-menzilde-74-yasli-qadinin-meyiti-tapildi
Oxunma sayı: 1146

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Lyudmila Arxintova Yevgeninkanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.