Bakıda mənzildə kişi meyiti aşkarlandı

bakida-menzilde-kisi-meyiti-askarlandi
Oxunma sayı: 1605

Bakıdakı mənzillərdən birində kişi meyiti aşkarlanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Zaxarçevko Vladimir Yakovleviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.