Bakıda mənzildə kişi meyiti tapıldı

bakida-menzilde-kisi-meyiti-tapildi
Oxunma sayı: 1724

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Məmmədov Akif Xeyrulla oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.