Bakıda mənzildə meyit aşkarlandı

bakida-menzilde-meyit-askarlandi
Oxunma sayı: 1934

Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Abbas Kamal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.