Bakıda mənzildə yanğın - 11 yaşlı qız öldü

bakida-menzilde-yangin
Oxunma sayı: 2498

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.