Bakıda mənzildə yanğın - Sakinlər təxliyə olundu

bakida-menzilde-yangin
Oxunma sayı: 2505

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 88 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 0,5 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.