Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib

bakida-menzilde-yangin-olub-sakinler-texliye-edilib
Oxunma sayı: 1047

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
 
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.