Bakıda mənzildən 72 yaşlı kişi meyiti tapıldı

bakida-menzilden-72-yasli-kisi-meyiti-tapildi
Oxunma sayı: 1418

Bakı şəhərinin Nizami rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Abdullayev Ramin Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.