Bakıda mənzildən 87 yaşlı qadının meyiti tapıldı

bakida-menzilden-87-yasli-qadinin-meyiti-tapildi
Oxunma sayı: 1914

Bakıda mənzildən qadın meyiti tapılıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Bakının Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Konkovskaya Yevgeniya Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Yasamal Rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək  çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi  müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.