Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 929

Binəqədidə mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Bu barədə “Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​