Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 1681

Bakıda mənzildən kişi meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səmədov Eldar Arif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.