Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 1566

Bakıda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1983-cü il təvəllüdlü Tomayev Renat Kolbekoviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.