Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 1964

Bakıda mənzildən kişi meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.