Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapıldı
Oxunma sayı: 1956

Bakıda mənzildən kişi meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Poqorelov Oleq Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.