Bakıda mənzildən kişi meyiti tapıldı

bakida-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 2733

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.