Bakıda mənzildən meyit tapıldı

bakida-menzilden-meyit-tapildi
Oxunma sayı: 2131

Bakıda mənzildən meyit aşkar olunub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Quliyev Yavər Əliağa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.