Bakıda mənzildən meyit tapıldı

bakida-menzilden-meyit-tapildi
Oxunma sayı: 2404

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Nağıyev Nizami Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.