Bakıda mənzildən meyit tapıldı

bakida-menzilden-meyit-tapildi
Oxunma sayı: 3497

Nizami rayonunda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.