Bakıda mənzildən qadın meyiti tapıldı

bakida-menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 719

Bakı şəhərində mənzildən qadın meyiti tapılıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.